İraq Kürd Muxtariyyətinin paytaxtı Ərbildən qalxan son təyyarə Türkiyənin İstanbul şəhərinə gəlib.
Axar.az xəbər verir ki, bununla da İKM ərazisindən Türkiyəyə bütün uçuşlar başa çatıb.
Ərbildən İstanbula gələn sərnişin Seyid Subaşı bildirib: “Ərbildən son təyyarə ilə gəlmişik. İşlərimiz yarımçıq qaldı. Son anda bir bilet ala bildik. Ölkəmizə gəlmək şansımız oldu”.
Qeyd edək ki, bu gün Baş nazir Binəli Yıldırım Türkiyədən İraq Kürd Muxtariyyətinin ərazisinə daxil olan Ərbil və Süleymaniyyə şəhərlərinə uçuşların yerli vaxtla 18:00-da dayandırılacağını bəyan edib.