Lütfi Zadə dəfn olundu - Fotolar

Dünya şöhrətli alim, professor Lütfi Zadə ilə Azərbaycan Milli Elmlər Akademiyasında vida mərasimi keçirilib. Musavat.com-un məlumatına görə, mərasimdə deputatlar, nazirlər və digər ictimai şəxslər iştirak ediblər.

Qeyd edək ki, Lütfi Zadənin nəşi bu gün səhər saatlarında Bakıya gətirilib. Heydər Əliyev məscidində cənazə namazı qılındıqdan sonra mərhum alimin nəşi vida mərasimi üçün AMEA-ya aparılıb.

Vida mərasimində çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, dünya şöhrətli alimi öz vətənində son mənzilə yola salırıq:
“O, Azərbaycanla qürur duyurdu. Azərbaycan onunla qürur duyur. Lütfi Zadə dünya elminə töhfə verdi. Əminəm ki, Azərbaycanın təhsil ocaqlarında yeni Lütfi Zadələr yetişəcək”.

Daha sonra çıxış edən akademik Telman Əliyev deyib ki, zəmanəmizin görkəmli alimi Lütfi Zadənin vəfatı, xalqımız üçün çox böyük itkidir: “O, böyük elmə Lütfi Zadə kimi daxil olub. Onun nəzəriyyələri informatika, kibernetika, idarəetmə elmlərin inqilaba səbəb olmuş və bu, digər sahələrə də təsir edib.. Hazırda ən çox inkişaf etmiş ölkələrdə bank sistemləri, nəqliyyat sistemləri hamısı Lütfi Zadənin nəzəriyyəsi əsasında işləyir. Bu gün bütün müayinə sahəsi də məhz intellektuallaşaraq idarə olunur. Bütün bunların hamısının nəticəsində insanların həyatının keyfiyyəti yaxşılaşır. Analiz etsək görərik ki, heç bir alim cəmiyyətin, insanların həyatına bu qədər fayda verən iş görməyib. Biz Lütfi Zadə ilə fəxr edirik. O, vətənini çox sevirdi. Onunla çox təmasda olmuşam. Lütfi Zadə 1965-ci ildə Bakıya gələndə onu burada çox gözəl qiymətləndirdilər”.

AMEA-nın Riyaziyyat və Mexanika institutunun direktoru Misir Mərdanov da çıxış edərək, mərhum alimin elm sahəsindəki uğurları barəsində danışıb. M. Mərdanov bildirib ki, Lütfi Zadə hər birimizin fəxr etməli olduğu alimdir:
“Əgər böyük Aristotel məntiqi ilə dünya ağ və qara rəngdə görünürdüsə, Zadə məntiqi ilə dünyanın bütün çalarlarını görürük. Lütfi Zadənin dostları arasında prezident Ruzvelt, Nikson kimi adamlar və böyük alimlər olub. Dövlətimizin başçısı Lütfi Zadənin əməyini hər zaman yüksək qiymətləndirib. Bu gün burada prezidentimizin, yüksək vəzifəli dövlət məmurlarının inkişafı, Azərbaycanda elmə olan dəyərin göstəricisidir. Allah rəhmət eləsin”.

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta da Lütfi Zadənin dünya elminə verdiyi töhfələrdən danışıb. Səfir bildirib ki, Lütfi Zadə elə bir şəxsiyyətdir ki, onun elmi nailiyyətləri həm Azərbaycan, həm də Amerikada çox məşhurdur: “Azərbaycanın böyük oğlu Bakıda doğulub, dünya elminə möhtəşəm töhfələr verib. Lütfi Zadənin fəaliyyəti müasir texnologiya, yeraltı qatarlar üçün baza rolunu oynayıb. Biz onun elmi fəaliyyətindən bəhrələnməyə davam edirik. Amerikalılar Azərbaycan xalqı ilə birgə bu itkidən kədərlənir, onun ruhunun əbədi dinclik tapması üçün sizinlə birgə dua edirik”.

Sonda mərhumun ailəsi adından xalq artisti Cənnət Səlimova çıxış edərək bildirib ki, bu şərəfli işdə başda möhtərəm prezidentimiz olmaqla əməyi keçən bütün dəyərli insanlara öz dərin təşəkkürümü bildirirəm:
“Dahi alim Lütfi Zadə bu torpaqda doğuldu və burada əbədiyyən yatacaq. Allah rəhmət eləsin, ruhu şad olsun”.

Bununla da Lütfi Zadə ilə vida mərasimi başa çatıb və mərhum alimin cənazəsi I Fəxri Xiyabana yola salınıb.

Dünya şöhrətli alim Lütfi Zadə l Fəxri Xiyabanda dəfn edilib. Dəfn mərasimində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, elm adamları və digər ictimai şəxslər iştirak ediblər.

Musavat.com

 

Lütfi Zadə dəfn olundu - Fotolar
Lütfi Zadə dəfn olundu - Fotolar
Lütfi Zadə dəfn olundu - Fotolar
Lütfi Zadə dəfn olundu - Fotolar
Lütfi Zadə dəfn olundu - Fotolar
Lütfi Zadə dəfn olundu - Fotolar
Lütfi Zadə dəfn olundu - Fotolar
Lütfi Zadə dəfn olundu - Fotolar
Lütfi Zadə dəfn olundu - Fotolar
Lütfi Zadə dəfn olundu - Fotolar
Lütfi Zadə dəfn olundu - Fotolar
Lütfi Zadə dəfn olundu - Fotolar
Lütfi Zadə dəfn olundu - Fotolar
Lütfi Zadə dəfn olundu - Fotolar
Lütfi Zadə dəfn olundu - Fotolar
Lütfi Zadə dəfn olundu - Fotolar
Lütfi Zadə dəfn olundu - Fotolar
Lütfi Zadə dəfn olundu - Fotolar
Lütfi Zadə dəfn olundu - Fotolar
Lütfi Zadə dəfn olundu - Fotolar
Lütfi Zadə dəfn olundu - Fotolar
Lütfi Zadə dəfn olundu - Fotolar

Загрузка...