Загрузка...

Bakıdakı 66 saylı “Tərəqqi” liseyinin direktoru Məhbubə Məmmədova tutduğu vəzifədən azad olunub.

Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, M. Məmmədova işdən öz ərizə əsasında çıxarılıb.

Qeyd edək ki, M. Məmmədova keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bacısıdır.
Təhsil Nazirliyi bir neçə gün əvvəl liseydə araşdırma aparıb.