Qubada gecə saatlarında yağışla müşahidə olunan yağıntı səhərə yaxın qara çevrilib.
Medianews.az Report-un Şimal bürosuna istinadla xəbər verir ki, ilk qar, əsasən, Qubanın dağ kəndlərinə – dəniz səviyyəsindən 2000 metrdən yuxarı olan kəndlərə, həmçinin, Buduq, Zeyid, Əlik, Cek, Haput, Qalaxidat, Xınalıq və Xaltan zonasına yağıb. Qarın hündürlüyü 5-7 sm müşahidə olunur.
Hazırda qarın yağması davam edir. Yollarda və elektrik enerjisinin verilişində problemlər yaşanmayıb.
http://s018.radikal.ru/i500/1709/99/f72c7f7e1303.jpg
http://s014.radikal.ru/i326/1709/90/0586f2397c43.jpg
http://s019.radikal.ru/i619/1709/68/ba5aa076648f.jpg