Xəbər verdiyimiz kimi, bu dəqiqələrdə Azərbaycanı Çempionlar Liqasında təmsil edən Ağdamın “Qarabağ” klubu Bakı Olimpiya stadionunda İtaliyanın “Roma” komandasını qəbul edir.
Oxu.Az-ın məlumatına görə, “Qarabağ” mötəbər turnirdə ilk qolunu da vurub. Ağdamlıları heyətində Pedro Enrike fərqlənib. “Qarabağ”ın yeni transferi matçın 28-ci dəqiqəsində fərqlənib.
Qeyd edək ki, hazırda qarşılaşmanın 34-cü dəqiqəsi gedir və “Roma” hesabda 2:1 irəlidədir.