Загрузка...

Dünyanın ən bahalı brendləri açıqlanıb

“Interbrand” konsaltinq şirkəti dünyanın ən bahalı brendlərinin illik reytinqini açıqlayıb.

“APA”-nın məlumatına görə, “Apple” korporasiyası ardıcıl olaraq beşinci il birinci yeri tutub.

Brendin dəyəri ötən il 3% yüksələrək 184,2 mlrd. dollar təşkil edib. İkinci yerdə dəyəri 141,7 mlrd. dollar olan “Google”, üçüncüdə isə “Microsoft” (80 mlrd. dollar) qərarlaşıb. 2016-cı ildə “Google”-un dəyəri 6%, “Microsoft”-un isə 10% artıb.

İlk onluğa Coca-Cola ($69,7 mlrd.), Amazon ($64,7 mlrd.), Samsung ($56,2 mlrd.), Toyota ($50,3 mlrd.), Facebook ($48,2 mlrd.), Mercedes ($47,8 mlrd.) və IBM ($46,8 mlrd.) yer alıb.