Rusiyada orta məktəbdə dərs deyən qadın çox cazibədar və gözəl olduğu üçün işindən qovulub.
GoldNews.Az xəbər verir ki, Viktoriya Demeşkina sosial mediada aktiv olan təhsil işçisidir. Onun sosial media profili təsadüfən dərs dediyi şagirdlərdən birinin valideyninin qarşısına çıxıb. Müəllimin açıq-saçıq fotolarını görən valideyn dərhal məktəb rəhbərliyinə xəbər verib. Hadisənin böyüməsi ilə digər şagirdlərin valideynləri də məktəb rəhbərliyinə müəllimin yüngül həyatı ilə bağlı narazıçılıq ediblər.
Bundan sonra məktəb müdriyyəti Viktoriyadan şəkilləri silməsini istəyib. Gənc müəllim isə həmin şəkillərin onun həyatının müəyyən anlarını göstərdiyini iddia edərək silməyib. Bundan sonra rəhbərlik Viktoriyanın maaşını kəsib və onu işindən uzaqlaşdırıb.
http://s018.radikal.ru/i519/1709/e3/4f1ca7a2e735.jpg
http://s16.radikal.ru/i191/1709/db/b95405d3c4d3.jpg
http://s019.radikal.ru/i643/1709/85/178f5f3503d4.jpg