ABŞ-ın məşhur supermarketlər şəbəkəsi olan “Walmart”ın varisi Elis Valton artıq dünyanın ikinci ən varlı qadınıdır. Ötən günlərdə L’Oreal’ şirkətinin sahibinin vəfat etməsinin ardından Elis Valton ikinci zəngin qadın adına sahib oldu. Elis “Walmart” supermarketlərinin idarəçiliyini etməsədə şirkətin ən böyük pay sahibidir.
66 yaşlı milyarder, 38.4 milyon dollarlıq əmlaklara sahibdir və ABŞ-ın birinci dünyanın isə ikinci ən zəngin qadını seçilib. Əlavə olaraq onu da bildirək ki, Elisin ailəsi də dünyanın zəngin insanları siyahısındadır.
Qeyd etdiyimiz kimi onun ailəsi məşhur marketlər şəbəkəsinin qurucusu və sahibidir. Elis özündən böyük iki qardaşı ilə birlikdə 3 nəfərə 101.5 milyarda dollar sərvətə sahibdirlər. Lakin Elis qardaşları kimi sahib olduqları şirkətləri ilə maraqlanmır. Sadəcə şirkətin səhmlərinə ortaqdır.
Uşaq yaşlarından sənətə maraq göstərən Elis böyük rəsm kolleksiyonuna malikdir. O sulu boya ilə çəkilən rəsm əsərlərinə maraq göstərir və xoşuna gələn əl işlərini böyük məbləğlərdə pul ödəyərək kolleksiyonuna əlavə edir. Kolleksiyonuna ilk rəsmi 10 yaşında olarkən alıb. 1970-ci illərdən bu yana yığdığı koleksiynundan dünyanın bir çox məşhur rəssamlarının əl işləri var.
Elis 2011-ci ildə 50 milyon dollar ödəyərək Arkanzasda bu muzeyidə açıb. “Crystal Bridges” adı verilən muzeydə milyarder qadının 500 milyon dollarlıq kolleksiyonu sərgilənir.
Elis 1988-ci ildə sahib olduğu sərvətini artırmaq məqsədilə bank açmışdı. Lakin 10 il sonra Elis içkili avtomobil idarə etdiyi üçün həbs olundu. Nəticədə bank iflasa uğradı və bağlandı. İki dəfə uğursuz evlilik yaşayan Elisin 66 yaşı olsa da övlad sahibi olmayıb. Milyarder qadının atlara da böyük marağı var. Texasda böyük bir atçılıq mərkəzi yaradan Elis hazırda oranı 20 milyon dollara satışa çıxarıb.
Turan Oruc
Musavat.com