Əməkdar artist Röya Ayxan dünya çempionu Zabit Səmədovla eşq yaşaması barədə səsləndirilən fikirlərə münasibət bildirib.
Musavat.com xəbər verir ki, sosial şəbəkədə Səmədovla fotosunu paylaşan müğənni iddialara aydınlıq gətirib: “Mən nə deyim axı? O, mənim dostum və qardaşımdır. Ailəsinə və qızına sevgi bəslədiyim biridir. Sevgilim hər kəsə maraqlıdır? O zaman deyim, Şaxta babaya sifariş vermişəm, gətirəcək”.