Piyli qarını xatırladan çanta hazırladılar - Foto

Britaniyalı dizayner Albert Pyukiz kök qarını xatırladan çanta dizayn edib. Bu çanta daha çox qarın bölgəsinə taxılandır. Onu köynəyin üstündən taxan şəxsin görüntüsü isə əcaib olur.

 

Elə bir təəssürat yaranır ki, adamın qarnı açıqdadır. Pyukiz test nümunəsi hazırlayaraq, onu şalvarının kəmər hissəsinə taxıb və şəklini çəkib. Fotolarda o, “süni qarnından” bir banka pivə, iPhone qulaqcıqları çıxarır. Dizayner çantanın beş fərqli formasını düşünüb. Adını “Allen” qoyduğu əsas modellə yanaşı, o, “Derek” (qaradərili variant), “Maqnus” (hədsiz piylənmədən əziyyət çəkən qarın), “Şerman” (tüklü qarın) modelini də hazırlayıb. İdeya sosial şəbəkələrdə, habelə Çində çox populyarlıq qazanıb. Dizaynerin sözlərinə görə, onunla artıq çantanı hazırlayacaq kampaniya əlaqə saxlayıb. Bundan başqa, o, Kickstarter təşkilatına yardım etmək üçün pul yığmağı da planlaşdırır.

 

Aprel ayında isə məlum oldu ki, yaşlı çin qadın dəyəri 1000 dollar olan Louis Vuitton çantasında diri balıq və başqa məhsullar daşıyır.

 

Musavat.com

 

Piyli qarını xatırladan çanta hazırladılar - Foto

Piyli qarını xatırladan çanta hazırladılar - Foto