Ukrayna Milli Polisinin əməkdaşları Kirovoqrad vilayətində kriminal avtoritetlərin toplaşdığı “Şaşlıçnıy” kafe-restoranında reyd keçiriblər.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, əməliyyat zamanı Mərkəzi Ukraynanın, xüsusilə Kirovoqrad, Dnepropetrovsk və Nikolayev vilayətlərinin 27 kriminal avtoriteti saxlanılıb. Saxlanılanlar arasında Azərbaycan əsilli Nəcəb Əhmədov, Əkbər Zeynalov, Şükür Hümmətov və başqaları da var.

Görüşün məqsədi həmin şəxslər arasında təsir dairələrinin bölüşdürülmə məsələsinin həlli olub. Saxlanılanların üzərindən bir neçə ədəd odlu silah, o cümlədən, iki avtomat, qumbara götürülüb.