Tramp: “Ərdoğan mənim dostumdur”

ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoqanı dost adlandıraraq, ABŞ və Türkiyənin həmişəkindən daha yaxın olduqlarını bildirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə D.Tramp R.T.Ərdoğanla Nyu Yorkda keçirdiyi görüşdə bildirib.

“O artıq mənim dostumdur, onun liderliyi çox yüksək qiymətləndirilir”, – deyə Tramp qeyd edib.

“Biz hazırda heç vaxt olmadığımız kimi yaxınıq”, – deyə Tramp əlavə edib