Загрузка...

Oliqarx oğullarına şad xəbər: 900 at gücü... - Foto

Alman tuninq şirkəti “Brabus” Mercedes-AMG G65 Gelandevagen avtomobilinin yeni xüsusi versiyası olan “Brabus G900 Rocket”i təqdim edib.

Axar.az xəbər verir ki, yeni avtomobilin mühərriki 900 at gücünə bərabərdir. 880 min dollar dəyəri olan xüsusi versiya avtomobildən yalnız 10 ədəd istehsal olunacaq. Avtomobilin texniki göstəriciləri barədə informasiya verilməyib.

Qeyd edək ki, “Brabus” bir qədər əvvəl Mercedes-AMG S65 Cabrio avtomobilinin yeni versiyası olan Brabus S65 Rocket 900 maşınını təqdim etmişdi. 100 kilometr sürəti cəmi 3.9 saniyəyə yığa bilən həmin avtomobilin mühərriki də 900 at gücündədir. Avtomobilin maksimal sürəti isə 300 km/s olaraq göstərilib.

 

Oliqarx oğullarına şad xəbər: 900 at gücü... - Foto