İstanbulun Atatürk aeroportunda özəl təyyarə hərəkət zamanı uçuş-eniş zolağından çıxaraq yanıb. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, insident nəticəsində azı 4 nəfər xəsarət alıb.
Məlumata görə, qəza təyyarə eniş edən zaman baş verib. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Yanğın hazırda söndürülüb. Hadisəyə görə, aeroport müvəqqəti təyyarələrin qəbulunu dayandırıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
***
İstanbulun Atatürk adına Beynəlxalq Hava Limanında şəxsi təyyarənin qəzaya uğraması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə “Doğan” agentliyinə istinadən TASS məlumat yayıb.
Jurnalistlərin məlumatına görə, hadisə nəticəsində qəza enişi edən hava gəmisinin komandiri ölüb.
Aeroport müvəqqəti olaraq işini dayandırıb.