İngiltərənin “Çelsi” klubunun yarımmüdafiəçisi Tyemue Bakayoko “Mercedes-Benz G-Class” markalı avtomobilində qəzaya düşüb.

 

“Report” “The Sun” nəşrinə istinadən xəbər verir ki, hadisə sentyabrın 21-də o məşqdən çıxıb evə gedən zaman baş verib. Qəzanın təfərrüatları məlum deyil, lakin 23 yaşlı fransalı futbolçunun xəsarət almadığı və artıq evində olduğu bildirilir.

 

Bakayoko “Monako”dan “Çelsi”yə ötən ilin yayında keçib.