Azərbaycanlı iş adamının satdığı təyyarə İstanbulda partladı: Yaralılar var - VİDEO

İstanbulun Atatürk adına Beynəlxalq Hava Limanının uçuş-eniş zolağında qəzaya uğradıqdan sonra partlayan şəxsi təyyarənin azərbaycanlı iş adamından alındığı bildirilir.

BAKU.WS-in məlumatına görə, bu barədə Türkiyə KİV-i yazır.

Həmin azərbaycanlı iş adamının adı açıqlanmasa da qeyd olunur ki, qəzaya uğrayan TC-KON tescili Cessna Citation 650 şəxsi təyyarə bir neçə ay bundan əvvəl biznesmendən satın alınıb.

Ötən gün axşam saatlarında Atatürk hava limanında təyyarə qəza enişi edib, ardınca partlayış baş verib və yanmağa başlayıb. Nəticədə 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Aeroport müvəqqəti olaraq işini dayandırıb.