Загрузка...

Zaur efirdə Damlanın pul qabına girdi - 3500 AZN pul çıxdı - VİDEO

“Xəzər TV” “5/5” verilişində maraqlı anlar baş verib.

BAKU.WS-in məlumatına görə, verilişin aparıcısı Zaur Kamal efirdə izləyicilərdən müğənni Damlanın pul qabında nə qədər pul olduğunu soruşub.

Müsabiqə elan edən Zaur pul qabında nə qədər pul olduğunu düz tapan şəxsə 100 manat veriləcəyini deyib. Damla pulun sayılmasına razı olmasa da sonradan Zaurla razılaşmalı olub. Sonda pul qabındakı pullar canlı yayımda sayılıb və Damlanın üzərinə 3500 manat gəzdirdiyi məlum olub.

“Xəzər TV” “5/5” verilişində baş verən həmin anları təqdim edirik: