Загрузка...

Ərdoğan sentyabrın 28-də Putinlə görüşəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 28-də rusiyalı həmkarı Vladimir Putin ilə görüşəcək.

APA-nın “Anadolu”-ya istinadən verdiyi xəbərə görə, bunu Ərdoğan Nyu-Yorkda keçirilən işgüzar forumda bəyan edib.

“Gələn bazar ertəsi cənab Putin ilə telefon bağlantımız olacaq, sentyabrın 28-də isə birgə şam edəcəyik. Bütün baş verənləri müzakirə edəcəyik, o cümlədən Suriyanı”, deyə Ərdoğan bildirib.

Türkiyə prezidenti görüşün keçirləcəyi məkanın adını açıqlamayıb.