Oğurluğa görə saxlanılan “Sumqayıt”ın futbolçusu Nicat Muxtarov barəsində həbs qətimkan tədbiri seçilib.
Lent.az-ın məlumatına görə, Sumqayıt şəhər Məhkəməsində hakim Vladimir Ruvinovun sədrliyi ilə keçirilən prosesdə istintaq orqanın təqdimatına baxılıb.
Təqdimat təmin edilib və Sumqayıtda 695 metr hava rabitə kabelini oğurlamaqda təqsirləndirilən şəxslər – Nicat Muxtarov, Ümidvar Adıgözəlov, Aqşin Mehdiyev və Nurlan Paşayev barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, bu gün futbolçu Nicat Muxtarovun sərbəst buraxılması haqda xəbərlər yayılsa da, daha sonra Daxili İşlər Nazirliyinin mətbuat xidməti bunu təkzib edib.