Rusiyada dünya çempionunu öldürən Anar Allahverənov təslim oldu - VİDEO)

Rusiyada ağırlıqqaldırma üzrə Rusiya və dünya çempionu Andrey Draçevi döyərək öldürən azərbaycanlı Anar Allahverənov hüquq-mühafizə orqanlarına təslim olub.

BAKU.WS-in məlumatına görə, bu barədə Rusiya KİV-i xəbər yayıb.

Məlumata görə, Anar Allahverənov Federal Təhlükəsizlik Xidmətinin Xabarovsk vilayət idarəsinə könüllü təslim olub.

Bu il avqustun 20-də Rusiyanın Xabarovsk şəhərində Anar Allahverənov Andrey Draçevi bir neçə zərbə ilə vurub öldürmüşdü.

A.Allahverənovun barəsində beynəlxalq axtarış elan edilmişdi. Kiqboksinq idman növü ilə məşğul olan azərbaycanlı Xabarovskdakı kafelərdən birinin qarşısında Draçevlə mübahisə edib və onu başından zərbə vuraraq yerə sərib.

Daha sonra çempionun başına və sifətinə güclü zərbələr endirərək onu öldürüb. Bu qətl Rusiyada geniş rezonansa səbəb olub.