Oğurluğa görə həbs olunan futbolçu sərbəst buraxıldı

İki gün əvvəl Sumqayıt şəhərində kabel oğurluğuna görə polis tərəfindən saxlanılan dəstə üzləri arasında olan peşəkar futbolçu Nicat Muxtarov sərbəst buraxılıb.

Lent.az xəbər verir ki, bu barədə “Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmli özünün feysbuk səhifəsində məlumat verib. O bildirib ki, futbolçu polis idarəsindən buraxılıb.

Qeyd edək ki, Nicat Muxtarov “Sumqayıt” futbol klubunun üzvüdür.