Bakıda sürücünün avtobusda vəhşicəsində döyülməsinin yeni görüntüləri - VİDEO

Bakıda avtobus sürücüsü vəhşicəsinə döyülməsinin yeni görüntüləri yayılıb.

BAKU.WS-in məlumatına görə, yeni görüntülərdə gənc oğlanın aqressiv davranmasının səbəbi görünür.

Belə ki, qadın sərnişinlərdən biri avtobusa arxa qapıdan daxil olur və sürücü buna kəskin etirazını bildirir.

Sərnişin və sürücü arasında mübahisə düşür. Bu vaxt avtobusa daxil olan gənc oğlan sürücüyə qəfil zərbələr endirir.

Ötən gün saat 17:30-da Memar Əcəmi metrostansiyasının yaxınlığındakı dayanacaqda 135 saylı, “10 TG 034” nömrə nişanlı avtobusun sürücüsü Kərimov Qüdrət Xanzalı oğlu sərnişin tərəfindən döyülüb.

İnsident nəticəsində xəsarət alan sürücü təcili tibbi yardım avtomobili ilə 1 saylı Kiliniki Tibbi Mərkəzə (Semaşka) aparılıb, onun qaşına tikiş qoyulub.

Faktla bağlı araşdırma aparılır.