Загрузка...

Şəbnəm Tovuzlu:

Qalmaqallı müğənni Şəbnəm Tovuzlu (Əsədova) ARB TV-də yayımlanan “Düz bazar” verilişinin qonağı olub.

GoldNews.az xəbər verir ki, verilişdə müğənnilərin piarı müzakirə olunub. Rövşanə Ağasəfqızının aparıcılığı ilə yayımlanan veriliş qalmaqalsız ötüşməyib. Aparıcının Şəbnəm Tovuzluya, “Niyə hər açıqlamanda həyat yoldaşımın ikinci arvadıyam deyirsən?” deməsi müğənnini özündən çıxarıb. O, bu sözün təsadüfən onun ağzından çıxdığını, əslində isə belə olmadığını bildirib. Daha sonra isə jurnalistlərdən şikayətlənən Tovuzlu ağlamağa başlayıb.

“Lap belə yoldaşımın ikinci həyat yoldaşıyam, burda nə var axı?. Peyğəmbərimizin 4 arvadı olub. Bundan kimə nə!”.