Türkiyənin Hacettepe Universitetinin professoru, məşhur cərrah İlhan Paşaoğlu intihar edib.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, cərrah Ankarada evində özünü öldürüb.
Onun intihardan əvvəl ailəsinə məktub yazıb. Lakin məktubun itdiyi iddia edilir.
Hadisə ilə bağlı araşdırma başlanıb.
Qeyd edək ki, İlhan Paşaoğlu Tükiyənin 10-cu prezidenti Əhməd Necdət Sezərin ürəyini əməliyyat edib.