Bu gün “Buta Palace”da Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun kiçik oğlu Seymurun toy mərasimi keçirilib.
BAKU.WS-in “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, V. Talıbov bir müddət əvvəl Naxçıvan daxili İşlər naziri vəzifəsinə təyin etdiyi Fazil Ələkbərovla qudalığını rəsmiləşdirib.
Toyda iştirak edən şou-biznes nümayəndələri sosial şəbəkədə mərasimdən fotoları paylaşıblar.
Seymur Talıbovun özü də İnstaqram hesabında xanımı ilə özünün əlinin yer aldığı şəkli paylaşıb.
Qeyd edək ki, S. Talıbovla F. Ələkbərovun qızı 2015-ci ildə nişanlanıb. Həmin vaxt Fazil Ələkbərov Dövlət Miqrasiya Xidmətinin (MR) rəisi vəzifəsini tutub.
Seymur Talıbov MR Ali Məclisinin üzvü, Naxçıvan Dövlət Universitetinin “Beynəlxalq əlaqələr üzrə prorektoru” vəzifəsində çalışır.
http://s018.radikal.ru/i523/1709/91/f03df15e5912.jpg
http://s016.radikal.ru/i334/1709/8a/96feb86783d1.jpg
http://s018.radikal.ru/i521/1709/4d/2e9dd1cc9618.jpg
http://s019.radikal.ru/i638/1709/e3/a5b1466e9370.jpg
http://s018.radikal.ru/i523/1709/62/8e146363c54e.jpg
http://s46.radikal.ru/i111/1709/3f/87f129811059.jpg