İsveçin Sol partiyasının Falun şəhərindəki şöbəsinin başçısı Patrik Lilyeqlod bildirib ki, bu ilin yay aylarında siyasi baxışlarına görə zorlanıb.
Virtualaz.org “BBC News”a istinadən xəbər verir ki, Lilyeqlodun sözlərinə görə, hadisə iyul ayında baş versə də, bu barədə yalnız indi danışmaq qərarı verib. “Məni qəddarcasına döydülər və bıçaqla hədələyərək zorladılar. Deyirdilər ki, mənim kimi solçu **** bu xoş gəlməlidir və məni satqın adlandırdılar”, – zərərçəkmiş bildirib.
O həm də dəqiqləşdirib ki, baş verənlər barədə danışmaq istəmirmiş. Sadəcə olaraq, hücumun siyasi motiv daşıdığını nəzərə alaraq, bu qərara gəlib.
Polis fakt üzrə ilkin istintaqın aparıldığını təsdiqləyib.