Müğənni Röya Ayxan geyiminə görə sosial şəbəkədə tənqid olunub.
Musavat.com xəbər verir ki, oğlu ilə fotosunu paylaşan müğənnini sinə dekoltesinə görə izləyicilərin sərt reaksiyası ilə qarşılaşıb. Belə ki, izləyicilər oğlunun yanında sinəsi açıq geyindiyi üçün müğənnini tənqid ediblər.
Şərh bölümünü bağlayan Röya isə onlara belə cavab verib:
“Hər kəsə uğur və səbir arzulayıram. Amma bndan sonra “İnstagram”da fikirlərinizi yaza bilməyəcəksiniz. Bu hamıya şamil edilmir, amma axmaqlar günü-gündən çoxalır. Mentalitetdən dən vuranlar arada özünüz haqda oxuyun”.