Ukrayanaya daxil olan Saakaşvili yoxa çıxıb

Gürcüstanın keçmiş prezidenti və Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvilinin Ukraynada yoxa çıxması barədə xəbərlər yayılıb.

BAKU.WS-in məlumatına görə, Ukrayna KİV-ləri yazır ki, Saakaşvili Lvov şəhərində hoteldən çıxdıqdan sonra yoxa çıxıb.

Sabiq prezident öz cangüdənləri və yaxın ətrafı ilə birgə mikroavtobusa minib və oradan uzaqlaşıb. Hazırda onun harada olduğu məlum deyil.

Qeyd edək ki, M.Saakaşvili sentyabrın 10-da Ukraynaya daxil olub.