UEFA Çempionlar Liqasında qrup mərhələsinə start verilib.

Qol.az xəbər verir ki, Azərbaycan futbolu tarixində ilk dəfə qitənin ən mötəbər klub turnirinin qrup mərhələsinə yüksələn “Qarabağ” debüt oyununa çıxıb.

Ağdam klubu səfərdə Avropanın aparıcı klublarından olan “Çelsi”nin qonağıdır.

12 sentyabr

UEFA Çempionlar Liqası

Qrup mərhələsi, I tur

22:45. “Çelsi” (İngiltərə) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Anastasios Sidiropoulos
Yan xətt hakimləri: Polixronis Kostaras, Lazaros Dimitriadis
Əlavə yardımçı hakimlər: Xaralambos Kalogeropoulos, Alexandros Aretopoulos
Dördüncü hakim: Damianos Efthimiadis (Hamısı Yunanıstan)
London. “Stemford Bric”

22.45. “Roma” (İtaliya) – “Atletiko” – (İspaniya)

***

Oyunun beşinci dəqiqəsində Pedro “Çelsi”ni hesabda irəli çıxarıb. 1:0

Oyunun 29-cu dəqiqəsində Devid Zappacostanın qolu ilə “Çelsi” hesabı artırıb: 2-0

Futbolçular fasiləyə 2-0 fərqlə yollanıblar.

55-ci dəqiqədə İngiltərə komandası 3-cü qolu “Qarabağ” klubunun qapısından keçirib. 3:0

71-ci dəqiqədə İngiltərə klubu 4-cü qolu “Qarabağ” klubunun qapısından keçirib. 4:0. 4 dəqiqə sonra, oyunun 75-ci dəqiqəsində “Çelsi” 5-ci qolunu vurub. 5:0

“Çelsi” növbəti, 6-cı qolu 82-ci dəqiqədə “Qarabağ” klubunun qapısından keçirib. 6:0

Oyunda başqa qol vurulmayıb. “Qarabağ” klubu İngiltərənin London şəhərində “Çelsi”yə böyük hesabla məğlub olub.