“Apple” şirkəti “iPhone X”-i təqdim edib.

 

“Report” xarici mətbuata istinadən xəbər verir ki, “iPhone X”-in “Home” düyməsi yoxdur. O, gümüşü və qara rəngdə satışa çıxarılıb. Yeni “iPhone X-i” kiliddən çıxartmaq üçün sahibin kimliyini tanıtma funksiyası tələb olunur.

 

Yeni cihazın təqdimetmə mərasimi “Apple”in Kupertino şəhərindəki mənzil-qərargahında keçirilib. Bu il şirkətin yeniliklərinin 10-cu – yubiley təqdimatı keçiriləcək.