Rəqsanənin qızı Instagram-da onu söyənlərə xəbərdarlıq etdi: onları həbs gözləyir - VİDEO

Müğənni Rəqsanənin qızı Aysun sosial şəbəkədə onu təhqir edənlərə xəbərdarlıq edib.

BAKU.WS-in məlumatına görə, Aysun onu təhqir edənlərə sonuncu dəfə xəbərdarlıq etdiyini bildirib:

“Bildiyiniz kimi təzə qərar çıxıb. Instagram-da təhqir yazanları birbaşa məhkəmə yolu ilə həbs gözləyir. Yəni, ağıllı olun. Biri var elə-belə təhqir, biri də var çox irəli getmək. Elə insanları məhkəmə gözləyir. Ağıllı olun!”

Yeni layihələr haqqında da danışan Aysun iki yeni mahnısının hazırlıq işləri getdiyini bildirib. Anasının yolunu getməkdə israrlı olan Aysun müğənni kimi şou-biznesdə əmin addımlar atmaq istəyir.