İngiltərinin paytaxtı Londonun Oksford küçəsində yerləşən enerji təchizatı sistemində partlayış baş verib.
Axar.az xəbər verir ki, bu barədə şəhər polisi məlumat yayıb.
Bir nəfərin yüngül xəsarət aldığı bildirilib.
Partlayış həmin vaxt küçədən keçən insanların təşvişinə səbəb olub.
Olayın hansı səbəbdən baş verdiyi bəlli deyil.