Ayfon-8 smartfonu ilə bağlı sifarişlər 15 sentyabrdan etibarən qəbul ediləcək.
Axar.az xəbər verir ki, bu barədə “Macerkopf” məlumat yayıb. Ekspertlər vurğulayıblar ki, bu tarixdən 1 həftə sonra – 22 sentyabrda Ayfon-8-ləri mağazalarda görmək mümkün olacaq.
Qeyd edək ki, Əpl (Apple) şirkəti Ayfonun yeni modellərinin təqdimatını 12 sentyabrda şirkətin yeni kampusunun ərazisindəki Stiv Cobson Klubunda keçirəcək. Şirkət Ayfon-7s, Ayfon-7s Plus və Ayfon-8 “Yubiley” modellərini nümayiş etdirəcək.