Zirəddin Rzayevi təcili xəstəxanaya yerləşdirdilər - VİDEO

Rusiyada yaşayan azərbaycanlı ekstrasens Zirəddin Rzayevi it dişləyib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, məşhur ektrasens qonşu itinin hücumuna məruz qalıb. O, əl və ayaqlarında dərin yaralar alıb. Köməyə gələn vətəndaşlar Z.Rzayevi təcili xəstəxanaya aparıblar. O, hadisənin təfərrüatlarını belə izah edib:

“Məni küçədə ağızlığı olmayan qonşu iti dişləyib. Rotveyler cinsindən olan itimlə gəzirdim. Küçə itləri onun üzərinə hücum etdilər. Onlar əlimi və ayaqlarımı dişlədi, indi yaralara tikiş atılıb. Rotveylerim də xəsarət alıb. Qonşumu məhkəməyə verəcəm və təzminat tələb edəcəm ki, bundan sonra öz itini bir də həyətə ağızlıq olmadan buraxmasın”.