Azərbaycanlı qadının iki uşağı əri tərəfindən oğurlanaraq Rakkaya aparılıb.
Türkiyənin İstanbul şəhərində yaşayan Misirova SevincBAKU.WS-ə bildirib ki, 18 ay əvvəl yoldaşı Məmmədov Toğrul Məmmədzadə Azadə və Məmmədzadə Aişə adlı qızlarını qaçırıb.
M.Sevincin sözlərinə görə, əri İŞİD-ə qoşulub. T.Məmmədzadə sonuncu dəfə dekabr ayında yoldaşı ilə əlaqə saxlayıb. O, bildirib ki, Rakkadadır.
Misirova Sevinc uşaqlarını geri götürmək istəyir və bunun üçün hər kəsdən yardım istəyir.