İngiltərə krallığının varisi Şahzadə Çarlzın eks həyat yoldaşı və dünyanın ən məşhur qadınlarından Diana Spenser ölümünün 20-ci ilində yad edilib.
Publika.az xəbər verir ki, o, Fransanın paytaxtı Parisdə 1997-ci ildə, 36 yaşında olarkən paparassilərin onu izlədiyi vaxt yol qəzasında həyatını itirib. Ancaq indiyədək onun ölümü ilə bağlı bir çox iddialar irəli sürülür.
Bunlardan ən gücülüsü isə Diananın Fayeddən hamilə olması məsələsidir. İddianı ortaya atanlara görə, kral ailəsi tacın misirli bir müsəlmana keçməsini qəbul etmir və Fayedi öldürmək istəyirmiş. Ancaq Dianaya edilən testlərdən sonra onun hamilə olması təsdiqlənməyib.
Digər iddia isə maqazin jurnalistlərinin onu qəsdən qəzaya salmaları idi. Ancaq 2004-cü ildə sonlanan məhkəmə nəticəsində paparasssilərin heç bir qəsdinin olmadığı və məsləkdən irəli gələn rəqabətin nəticəsində olayın baş verdiyi bildirilib.
Bir başqa iddia isə, Parisdəki Ritz otelinin mühafizə xidmətinin rəisi və qəzada avtomobili idarə edən Henri Paulun bilərəkdən qəza etməsidir. 2004-cü ildə bu iddianın da yalnış olduğu təsdiqləndi.
Avtomobilin sürətlə getməsi də “tələ” iddialarının içərisində yer alır. İddialara görə, maşında problem var imiş və ona görə sürətlə gedirmiş. Ona görə də, qəzanın nəticəsi ölüm oldu.
Bəziləri isə sürücünün paparassilərin istifadə etdiyi fotoaparatların yaratdığı işıqlara görə keçici korluq yaşaması və buna görə qəzanın yaşandığını iddia edir. Ancaq məhkəmə bunun da yersiz iddia olduğunu bildirib, əsassız saydı.
Yaralıların qəzadan sonra xəstəxanaya qəsdən gec çatdırılması da ölüm səbəblərindən biri kimi qeyd edilir.
Peşəkarlar isə bu hadisəyə İngiltərə və Fransanın “Qəzadan sonra ilk yardım” formasının fərqli olması ilə açıqlama verib. İngiltərədə qəzadan sonra yaralıların xəstəxanaya çatdırılması çox önəmli olsa da, Fransa da harada olursa-olsun xəstəyə yerində müdaxilə lazım olduğu bildirilir.