Məşhur təyyarə konstruktorunun, təyyarələr üçün porşen, turbovintli və turboreaktiv mühərriklərin yaradıcısı, akademik Aleksandr Aleksandroviç Mikulin səhhətində problemlər başlayanda o, xəstəlikləri unutmağa imkan verən, uzun və dolğun həyat yaşamaq metodikaların hazırlanması haqqında maraqlanmağa başlayıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, onda akademik Mikulin sadə hərəkətlərdən ibarət gimnastika yaradıb. Bu metodika venaların qan dövranını yaxşılaşdırır və təzyiqi normallaşdırır. Beynin işi yaxşılaşır və baş ağrılarından əsər-əlamət qalmır.
Gimnastikanı yerinə yetirmək üçün dabanları birləşdirib yerə vurmaqla titrəyiş yaradın. Bu zaman dişləri də sıxın. Döşəmədən 3-5 sm dabanı azca qaldırın, sonra kəskin şəkildə aşağı düşün. Nəticədə, yaranmış sarsıntıdan vena klapanları qan dövranı üçün əlavə impuls alır.
Bu hərəkəti hər birində 30 dəfə olmaqla gündə 5 dəfə yerinə yetirin və xəstəliklərdən yaxa qurtarın. Tapşırığı sürətlə yerinə yetirin. Saniyədə 1 titrəyiş olmalıdır.
Gimnastika bütün gün oturaq və ya ayaq üstə çalışan insanlar üçün xüsusilə faydalıdır. Bu tapşırığı hətta qaçış və ya sürətli hərəkət qadağan olunan insanlar da yerinə yetirə bilər.
Titrəyiş orqanizmin infarkt, insult, tromboflebitə qarşı səmərəli profilaktikasıdır. Həmçinin ayaqlarda qan dövranını yaxşılaşdıraraq şişkinliyi aradan qaldırır.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.