Azərbaycan milli komandası futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup matçında San Marino yığması ilə qarşılaşmada hesabı 3:0-a çatdırıb.
“Report”un məlumatına görə, Əfran İsmayılov qarşılaşmada özünün 2-ci qolunu vurub.
***
Azərbaycan milli komandası futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup matçında San Marino yığması ilə qarşılaşmada hesabda növbəti dəfə önə çıxıb.
“Report”un məlumatıına görə, qarşılaşmanın 25-ci dəqiqəsində Araz Abdullayev hesabı 2:0-a çatdırıb.
***
Azərbaycan və San Marino milli komandalarının futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup matçında hesab açılıb.
“Report” xəbər verir ki, qarşılaşmanın 20-ci dəqiqəsində Əfran İsmayılov milli komandamızı hesabda irəli çıxarıb – 1:0
***
Azərbaycan və San Marino milli komandalarının futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup matçı başlayıb.
“Report”un məlumatına görə, futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində VIII turun növbəti oyunları keçiriləcək.
Azərbaycan: 23. Səlahat Ağayev, 3. Maqomed Mirzabekov, 7. Araz Abdullayev, 11. Ramil Şeydayev, 13. Təmkin Xəlilzadə, 14. Rəşad Sadıqov (kap.), 16. Cavid Hüseynov, 19. Rahid Əmirquliyev, 20. Riçard Almeyda, 21. Tərlan Quliyev, 22. Əfran İsmayılov
Ehtiyat oyunçular: 1.Kamran Ağayev, 12.Anar Nəzirov, 2. Qara Qarayev, 4.Pavel Paşayev, 5. Ürfan Abbasov, 8.Renat Dadaşov, 9. Namik Ələskərov, 10. Ruslan Qurbanov, 15. Ruslan Abışov, 17. Mahir Mədətov, 18. Ağabala Ramazanov
Baş məşqçi: Robert Prosineçki
San Marino: 1. Aldo Simonçini (kap.), 2 Davide Çezarini, 3. Andrea Qrandoni, 4. Mikele Çevoli, 6. Mirko Palatsi, 7. Aleks Qasperoni, 11. Alessandro Qolinuççi, 13. Alessandro Della Valle, 14. Mikele Çervellini, 16. Danilo Rinaldi, 17. Fabio Tomassini.
Ehtiyat oyunçular: 12. Cacomo Muraççini, 23. Mattia Mantsaroli, 5. Fabio Vitayoli, 8. Mixael Battistini, 9. Mattia Stefanelli, 10. Maykol Berretti, 15. Kristian Brolli, 18. Marko Bernardi, 19. Luka Tosi, 20. Joze Hirş
Baş məşqçi: Pyerancelo Mantsaroli