Bakıda gəlin və bəyi aparan avtomobil yolu keçən piyadanı vuraraq öldürüb.
Medanews.az Report-a istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisində baş verib. Belə ki, 10-UA-071 dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı avtomobil yolu keçən 1989-cu il təvəllüdlü Şahəddin Əhədovu vurub. Nəticədə Ş.Əhədov aldığı ağır xəsarətdən hadisə yerində ölüb. Hadisəni törətmiş sürücü Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.