ABŞ-ın Nyu York şəhərində bir qutu siqaretin 13 dollardan aşağı qiymətə satılması qadağan ediləcək.
Axar.az xəbər verir ki, bununla yanaşı, tütün məmulatlarının satıldığı yerlərin 2 dəfəyədək məhdudlaşdırılacağı da bildirilib.
Bələdiyyə sədri Bill De Blasionun imzalamasından sonra qərar qüvvəyə minəcək.
“Yeni qərarla həm şəhərimizdə siqaret çəkənlərin sayını azaldacağıq, həm də neçə-neçə həyatları xilas edəcəyik”, – sədr bildirib.