Türkiyənin İstanbul şəhərinə güclü yağış və dolu yağıb.
Publika.az xəbər verir ki, sinoptiklərin xəbərdarlığının ardınca İstanbulun şimal hissəsində güclü küləklə müşayiət olunan yağmur başlayıb.
Güclü yağış səbəbindən şəhərin Şişli, Dolapdərə, Beşiktaş və digər səmtlərində küçələri sel basıb. Avtomobillər və tramvaylar selin ortasında qalıb.
Sinoptiklər xəbərdarlıq edib ki, güclü yağış və fırtınanın miqyası getdikcə genişlənəcək.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.