Ramzan Kadırov terrorla yeni mübarizə üsulu tapıb.
Çeçenistan prezidenti Ramzan Kadırov ölkədəki bir çox problemlərin boşanmış ailələrdən qaynaqlandığını əsas gətirərək boşanmış ər və arvadları birləşdirməyə başlayıb.
Belə ki, iyun ayında Groznıdaki çıxışında ” boşanmış və ayrı yaşayan ailələrin uşaqları sonda ya quldur, ya da terrorist olur. Bunun qarşısını ailələri birləşdirməklə ala bilərik” demişdi.
Kadırovun bu sözlərindən sonra Çeçenistanın bütün bölgələrində “Ailə uyğunluq komissiyası” yaradılıb.
Komissiyalara yerli idarəçilər, din adamları və ağsaqqal heyyəti daxil edilib.
Çeçenistan televiziyasının xəbərinə görə, artıq 948 ailə birləşdirilib.
Qeyd edək ki, ərləri ilə barışdırılan qadınlar Rusiya Federasiyasının qanunlarına zidd olmasına baxmayaraq, ikinci arvad olaraq da ailəyə qaytarılır. (a24.az)
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.