Xəbər verdiyimiz kimi, bu gün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında yanğın baş verib. Hadisə nəticəsində ərazidə partlayışlar müşahidə olunub.
Partlayış zamanı altı nəfər yaralanıb. İnsidentdən sonra Bakı-Quba yolu bağlanıb.
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi və müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədilə Müdafiə, Fövqəladə Hallar, Daxili İşlər, Səhiyyə nazirlikləri, Dövlət Sərhəd Xidməti, Baş Prokurorluq, yerli icra strukturları və digər dövlət orqanlarının nümayəndələrindən ibarət komissiya yaradılıb.
Sosial şəbəkələrdə və yerli KİV-də partlayışın yeni görüntüləri yayılıb.
Medianews.az oxu.az-a istinadən həmin videoları təqdim edir: