Bütün dünyada maraqla izlənilən “Taxt oyunları” serialı rekordlar qırmağa davam edir. Hər bazar ertəsi yeni seriyasını səbirsizliklə gözləyir, saatlarla onu müzakirə edirik.
Publika.az sizə canımız-ciyərimiz “Game of Thrones” obrazlarının ölkəmizə adaptasiya olunmuş versiyalarını, yəni azərbaycanlı obrazlarını təqdim edir:
Özünü ağıllı göstərib, saman altından su yeridən, bütün ev işlərini bacarıb, qohumların gözündə “xalxın qızı” ünvanını almış Cəmilə.
“Özünüz bilərsiniz, oğlum. Mən qarışmıram” deyəndən sonra bütün aləmi bir-birinə vuran qayınana Güləndam xala.
Bütün günü fəhlə işləyib, qazandığı son pulu içkiyə verən, hər gün sərxoş olub, evdə dava salan Kələntər dayı.
BDU-nın dərsdən başqa heç nə fikirləşməyib, tənəffüsləri kitabxanada keçirən tələbəsi Asif
“Qız tərəfi heç nə almayıb. Tortundan tutmuş qurbanlıq qoyununa qədər bütün xərci qardaşım çəkib” deyən baldız kimi baldız Əfsanə
“Mən bu paltarı geyinmək istəmirəm. Mənə Rəfiqənin donundan alın” kimi istəkləri ilə ailəni bezdirən 3-cü sinif şagirdi Arzu
“Yaxçı brat” çay evinin daimi müştərisi, qəlyan çəkib, tüstüsü ilə şəkil çəkdirmək üzrə birinci yerə çıxan, həyatı başqalarının qulağını kəsməklə keçən, anasının sevimli oğlu Rafiq
Atasının cibindən maşının açarlarını oğurlayıb, gecə təsbeh fırladan dostlarını da yanına alaraq, şəhərə içməyə gedən nankor oğul Comərd
Kənddə “Yengə” funksiyasını yerinə yetirən, dəxli oldu-olmadı bütün ailələrin həyatına burnunu soxub, çömçə kimi qarışdıran Gülgəz xala
“Oğlum xəstələnib mənə 200 manat pul lazımdır” deyərək bütün bacanaqları aldadan “atanşik” yeznə Bəbir
Uzun illər Ukraynada yaşayıb, elmlə yox, kartof satmaqla məşğul olan, anasının 35 ildir evləndirməyə çalışdığı, ancaq heç kimi bəyənməyən evin böyük oğlu Cimi Ədalət
“Vaxtında bir qızı istəyib, amma verməyiblər” deyə arxasından deyilməyən söz qalmayan, Əsgər dayının yeməkxanasında içib, gecələyən İsrafil
Kompüterin qarşısından qalxmayan, “Microsoft”u hekləyərək ağlar qoyan, asosial ərgən İntiqam
“Gedib mənim paltarımın eynisindən alıb, mən belə şeyləri unutmaram” deyən paxıl elti – Nəzakət
“Əlövsət, deyəcəm e, gəl. Amma o yer sənə görə deyil” sözünü eşitməyə dəfələrlə məruz qalan, 2 litrik “Coca-Cola”nı bir dəfəyə başına çəkən kiçik məktəbli Əlövsət.
Bütün “söhbət”lərə qaçaraq gələn, ən güvəndiyimiz dostumuz Maştağalı Ələmdar.