Qoca qitə əvvəlki kimi Vaşinqtonun göstərişlərinə boyun əymək istəmir
Obama administrasiyası dövründə ABŞ və Avropa Rusiyaya qarşı sanksiyalar məsələsində vahid mövqedən hərəkət edib. Lakin hazırda bu mövzu ətrafında Atlantik okeanının hər iki tərəfində okean böyüklükdə ziddiyət mövcuddur.
Qoca qitə ABŞ Konqresi tərəfindən qəbul edilən və prezident Donald Trampın imzalamağa məcbur qaldığı “Amerikanın düşmənlərinə sanksiyalar yolu ilə mübarizə aparmaq haqqında akt”dan (ingiliscə- CAATSA) narazıdır.
Məsələ ilə bağlı “The Washington Post” qəzetində Brayan Erli (Rokfeller adına Dövlət idarəçiliyi və siyasət məktəbi) və Kit Prebl imzalı xüsusi yazı dərc olunub.
Məqalə müəllifləri ABŞ-ın keçən əsrin 80-ci illərindən və 2000-ci ildən bu yana tez-tez tətbiq etdiyi sanksiya siyasətinin transatlantik münaqişələrə gətirb çıxardığını bildirirlər. Onların fikrincə, Avropa həmişə öz şirkətləri vasisətsilə İran və Kubaya qarşı yönəldilən sanksiyaları dəlməyə müvəffəq olublar.
“ABŞ bunların qarışısını almaqdan ötrü “köməkçi” sankiyaların köməyi ilə Avropa şirkətlərini ABŞ strateji hədəflərinə uyğun hərəkət etdirməyə çalışıb. Lakin Avropa Birliyi ABŞ-ın onlara qarşı hökm etmə siyasəti ilə barışmayıb. Onlar gah Vaşinqtonun qərarlarına Ümumudünya Ticarət Təşkilatı vasitəsilə şikyət edərək, gah da bununla bağlı əks qanun qəbul olunması ilə sərt müqavimət göstəriblər”, – məqalədə qeyd olunur.
Yazıda hələ Obama dövründə İrana qarşı vahid mövqedən çıxış etmələrinə rəğmən Avropa şirkətlərinin bir çoxunun sanksiyalara qarşı qəzəbli olduğu vurğulanıb. 2015-ci ildə İranla imzalanan nüvə sazişindən sonra sanksiyaları olduğu kimi qüvvədə saxlayan ABŞ-dan fərqli olaraq Avropa Birliyi ölkələri böyük tələskənliklə İranla əlaqədar bütün ticarət məhdudiyyətlərini aradan qaldırmağa başladılar.
“İndi Avropada ABŞ istədi deyə İrana qarşı ticarət müharibəsinə girişmək istəyən yoxdur”, – müəlliflər yazır.
Konqres Avropa Birliyi ilə sanksiyalar məsələsində konsensusla hərəkət etmək yerinə icra hakimyyətinə ABŞ-ın Rusiyaya qarşı birtərəfli sanksiyalarını pozan xarici firmalarına əlavə sanksiya tətbiq etmək ixiyarı verir.
Məqalədə Avropa Birliyinin bu səbəbdən CAATSA-dan qəzəbli olduğu qeyd edilir.
Erli və Perbl-in fikrincə, İranla olan ticarət məhdudiyyətləri Avropanın Rusiyadan yanacaq enerjisi idxalı məsələsində aslılığını gücləndirdiyinə görə sonuncu akt qitə dövlətlərinin mənafeyinə birbaşa toxunur. Bu səbəbdən ABŞ siyasətçiləri Avropa ölkələri ilə İran və Rusiyaya qarşı enerji sahəsində mübarizədə əməkdaşlığa ümid edə bilməz.
Burada Almaniyanın xüsusi canfəşanlığı gözə çarpır. Almanlar ölkənin enerji təhlükəsizliyini təmin edəcək “Şimal axnı-2” layihəsinin pozula biləcəyindən ehtiyat edirlər. Buna görə də, ABŞ Rusiya ilə iqtisadi tərəfdaşlıq edən firmalara da əlavə sanksiya tətbiq etməsi halında Almaniyanın əks-tədbirlərə əl atacağı istisna olunmur.
Müəlliflərin gəldiyi qənaətə əsasən, ABŞ sanksiyalarına sadəcə bir ölkə tərəfindən əməl olunmaması onun bütün gücünü azaltmaq qabiliyyətinə malikdir.
“Əgər AB məcburi də olsa öz ölkələrini ABŞ-nın sanksiyaarına tabe etdirsə, belə Birlik daixlində fəaliyyət göstərən şirkətlər önlərinə gələn kommersiya imkanlarından başqa cür istifadə etməyə çalışacaqlar. Bu isə sanksiyaların bütün effektivliyini aşağı salacaq”, – yekunda qeyd olunur.
Musavat.com