50 yaşlı Hollivud aktrisası Nikol Kidman Los-Ancelesdə tədbirlərdən birinə qatılıb.
Publika.az xarici KİV-ə istinadən bildirir ki, aktrisa tədbir boyu avstraliyalı rejissor Qart Devislə səmimi münasibətdə olub. İkili məclisin sonunadək əl-ələ tutub.
Xarici mənbə Nikolun bu addım atmasını musiqiçi əri Kit Urbandan qisas almaq üçün etdiyini qeyd edib.
Belə ki, 2006-cı ildə ailə quran cütlük bir neçə dəfə Kitin Kidmana xəyanət etməsi üstündə ayrılmaq istəyib.