Türkiyə yığmasının sabiq qapıçısı Ömər Çatkıç həbs edilib.
“Haber7”nin məlumatına görə, barəsində araşdırma aparılan 43 yaşlı veteran futbolçunun Fətullahçı Terror Təşkilatının (FETÖ) “ByLock” kömpüter proqramının istifadəçisi olduğu müəyyənləşib.
O, İstanbul Polis İdarəsinə gətirilib və evində axtarış aparılıb.
Ömər Çatkıç 2000-2005-ci illərdə Türkiyə yığmasının heyətində 19 oyun keçirib. O, karyerası ərzində vətənində “Eskişehirspor”, “Qaziantepspor”, “Gənclərbirliyi”, “Bursaspor” və “Antalyaspor”un formasını geyinib. Hazırda telekanallardan birində şərhçidir.