Fransada keçirilən güləş üzrə dünya çempionatında güləşçimiz Rəsul Çunayev 1/16 finalda məğlub olub.
BAKU.WS-in məlumatına görə, artıq 71 kq çəki dərəcəsində görüşlər başlayıb.
Bu çəkidə ölkəmizi təmsil edən Rəsul Çunayev xalça üzərinə çıxıb. İlk görüşdə qələbə qazanan idmançımız 1/16 finalda gözlənilmədən almaniyalı Frank Stablerə məğlub olub.