Azərbaycanlı oriental rəqqasə Aytən küsülü olduğu həmkarı Renkanın rəqsini təhlil edib. Lent.az-a açıqlama verən rəqqasə həmkarı barədə bu sözləri vurğulayıb: “Renkanın da özünəməxsus oyun tərzi var. Onu pisləmirəm. Amma onda bir az ritm çatışmazlığı var. Çətinliyi keçibsə, istəsə, onu da öyrənər”.
Aytən həmkarından küsmədiyini də dilə gətirib: “Mən uşaq deyiləm ki, dünənin rəqqasəsindən küsəm. Bu günə qədər heç bir rəqqasə mənə zəng edib deyə bilməz ki, Aytən bizi təhqir elədi. Heç bir rəqqasə ilə problem yaşamamışam. Sözüm olsa, üzünə deyərəm. Onunla aramızda 2 il öncə kiçik bir problem yaşanmışdı. Demək olar ki, mən rəqqasələrin çoxu ilə qarşılaşmıram. Çünki getdiyim məclislərdə yalnız məni qəbul edirlər. Başqasını yox. Qaldı ki, küsülülüyə, hə, qəlbim sına bilər. Amma kin saxlamaq yoxdur. Bir söz deyim də… Heç kimsə mənim vecimə deyil. Ailəmlə bağlı o qədər problemlərim var ki, heç birinin dediyi məni maraqlandırmır”.