Загрузка...

Bakıda gənc oğlan sevgilisinə maraqlı evlənmə təklifi edib.

BAKU.WS-in məlumatına görə, “Park Bulvar”da Pərviz adlı gənc sevdiyi Şəhla adlı xanıma hər kəsin önündə sürpriz edib. Belə ki, gənc oğlan sevdiyi xanıma diz çökərək evlilik təklifi edib. Aşağı mərtəbədə isə bir qrup gənc “Mənimlə evlənərsənmi?” yazılmış kağızlarla oğlana köməklik edib.

Evlilik təklifinə müsbət cavab verən xanıma oğlan diz çökərək qızıl üzük verib. Bu anlar ətrafdakıların böyük marağına səbəb olub.

Sözügedən görüntünü təqdim edirik: